Azadsöz.az xəbər verir ki, Bərdə rayonunun Yeni Daşkənd kəndində döşəmənin çökməsi nəticəsində müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilən 33 nəfərdən 27-i tibbi xidmət göstərildikdən sonra evə buraxılıb.
Xəstəxanaya yerləşdirilən şəxslərdən xəsarətlərinin ağırlıq dərəcəsinə uyğun olaraq beş nəfəri palataya yerləşdirilib.
Vəziyyəti nisbətən ağır olan bir nəfər isə reanimasiya şöbəsinə yerləşdirilib.