Azadsöz.az xəbər verir ki, Ələt-Osmanlı-Astara dəmiryolunun yenidən qurulması nəzərdə tutulur.
Bu, Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi “Azərbaycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024-26-cı illər üçün Fəaliyyət Planı”nda öz əksini tapıb.
Bundan başqa, sənədə əsasən, Biləcəri stansiyasının çeşidləmə parkında 3-cü dəstənin dartı yollarının və yoldəyişənlərin əsaslı təmiri, Baş Ələt dəmiryol stansiyasının əsaslı təmiri, Biləcəri-Yalama dəmiryol xətti üzrə kontakt şəbəkə və mikroprosessor əsaslı rabitə-işarəvermə sisteminin yenidən qurulması, Bakı-Böyük Kəsik dəmiryol xəttinin elektrik təchizatı sisteminin yenidən qurulması ilə bağlı işlərin başa çatdırılması, Ucar-Bakı hissəsinin mikroprosessor əsaslı rabitə-işarəvermə sisteminin yenidən qurulması, Yevlax-Böyük Kəsik sahəsində 38 yoldəyişənin və yeddi qəbul-göndərmə yolunun əsaslı təmiri planlaşdırılır.