Azadsöz.az xəbər verir ki, hadisə rayonun Yeni Daşkənd kəndində qeydə alınıb.
Kənd ərazisində ikimərtəbəli fərdi yaşayış evində yas mərasimi keçirilən zaman ikinci mərtəbənin döşəmə hissəsi anidən çöküb.
Hadisə nəticəsində 13 nəfərin xəsarət aldığı bildirilir.
Onlar Bərdə mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Məlumata görə, xəsarət alanlardan biri xəstəxanada ölüb.
Yas mərasimi olan ev köhnə tikili olduğundan evin döşəməsi ağırlığa tab gətirməyərək çöküb.