Bu barədə Dövlət Dəniz və Liman Agentliyi məlumat yayıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosundan DDLA-nin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinə təhlükəli hidrometeoroloji hadisə haqqında məlumat daxil olan kimi təhlil edilib və gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq işlərin görülməsi istiqamətində təlimatlandırılıb. Lövbərdə duran, hərəkətdə olan gəmilərə üç dildə azərbaycan, rus, ingilis dillərində rabitə əlaqəsi vasitəsilə məlumatlar ötürülüb. Həmçinin, dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar da hadisə ilə bağlı məlumatlandırılıb.
Hazırda Agentliyin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi tərəfindən Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin cavabdehlik ərazisində mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir.
Qeyd edək ki, noyabrın 24-dək Xəzər Dəniz Akvatoriyasında başlayacaq şimal-qərb küləyinin 18-23 m/s, arabir 25-30 m/s-dək güclənəcəyi proqnozlaşdırılır. Dalğanın hündürlüyünün isə 4.0-6.0 m.çatacağı gözlənilir.