29 Noyabr 2024 09:47

Ağsu sakinləri 11 ov tüfəngini könüllü şəkildə polisə təhvil verdilər

Azadsöz.az  xəbər  verir  ki, Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, vətəndaşlar arasında aparılan profilaktiki tədbirlərin nəticəsi olaraq rayon sakinləri müvafiq sənədləri olmadan saxladıqları ümumilikdə 11 ov tüfəngini könüllü olaraq polisə təhvil veriblər.

Ankara escort İstanbul Travesti Shemale İstanbul