27 İyul 2024 07:57

Göyçayda yanğın hadisəsi baş VERDİ

Azadsöz.az xəbər verir ki, hadisə bu gün axşam saat 22:32  radələrində rayonun  Heydər Əliyev prospektində  qeydə  alınıb.

Prospektdə yerləşən aptekin yanındakı gözətçi  otağında baş verən yanğının  söndürülməsi  üçün əraziyə Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki avtomobili və canlı qüvvəsi cəlb olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğının ilkin ehtimala görə, elektrik naqillərində qısa qapanmadan baş  verdiyi   bildirilir.Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev

 

: