27 İyul 2024 07:02

“Şəhid olmaq istəyirəm”: Şəhid Maarif Həsənovun şəhadətə qovuşmasından üç il ötür-FOTO/VİDEO

Azadsöz.az xəbər verir ki, 44  günlük  Vətən  müharibəsində qəhrəmanlıq  göstərərək  şəhidlik zirvəsinə  ucalan  Maarif Həsənovun şəhadətə qovuşmasının üçüncü ildönümüdür.Maarif Rahim oğlu Həsənov 1999-cu il` noyabrın 19-da  Göyçay rayonunun Birinci Ərəbcəbirli kəndində  anadan olmuşdur. 

Yeddi  ay əvvəl həqiqi hərbi xidmətdən qayıdan  Maarif Həsənov  27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə  yollanmışdır.Ağdərə və Suqovuşan  istiqamətində  gedən  döyüşlərdə iştirak  etmişdir. 12 oktyabr 2020-ci ildə öz komandiri ilə şiddətli döyüşdən geri dönərkən gözlənilmədən 7 nəfər erməni əsgəri ilə qarşılaşan Maarif özünü itirmir və əlindəki qumbara ilə 4 ermənini məhv edir. Sağ qalan 3 ermənidən biri Maarifə atəş açır və o, şəhid olur.Maarifin komandiri isə qalan 3 ermənini öldürür, özü isə ağır yaralanır.

Oktyabr ayının 12-dən ailəsi Maarifdən xəbər ala bilməyib.Nəhayət, 35 gündən sonra Maarif  Həsənovun 2020-ci il noyabrın 17-də Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olması xəbəri gəlib. 17 noyabr 2020-ci ildə Göyçay şəhər Şəhidlər Xiyabanında dəfn olunub.

Prezident İlham  Əliyevin   sərəncamına  əsasən, Maarif Həsənov  ölümündən  sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”  və “Cəsur döyüşçü” medalları  ilə  təltif edilib.

Qeyd  edək ki, Göyçayda küçələrdən birinə  şəhid Maarif Həsənovun adı  verilib.Bununla  yanaşı  adına  xatirə  bulağı  tikilib.


Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev

 

Maarif Həsənov - #ŞƏHİDİMİZ

تويتر \ 𝐓𝐔𝐑𝐀𝐋 ✪ على تويتر: "Şəhid Həsənov Maarif Rahim oglu, Göyçay şəhəri.20 yaşı var idi . 18 erməninin öldürərək komandirinin həyatını xilas edib ve ozu başınnan güllə yarası alaraq şəhid olmuşdur.

Göyçayda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb