Azadsöz.az xəbər verir ki, ərazi bütövlüyümüzün təmin olunması uğrunda qəhrəmancasına şəhid olan Azad Kərimlinin şəhadətə qovuşmasının üçüncü ildönümüdür. Azad Elşad oğlu Kərimli 6 fevral 1997-ci ildə Göyçay rayonunun Yenikənd kəndində anadan olub. 2015-2017-ci illərdə həqiqi hərbi xidmət keçmişdir.
2020-ci ilin 14 iyul tarixində Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra səfərbərlik başlamış, Azad Kərimli səfərbər olaraq 21 sentyabr 2020-ci ildə hərbi təlim toplantılarına çağırılmışdır.
Azad Kərimli 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində könüllü manqa atıcısı olaraq iştirak edib. Suqovuşanın azadlığı uğrundan gedən döyüşlərdə qəhrəmanlıq göstərib.16 oktyabr tarixində Tərtər-Ağdərə bölgəsində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olmuşdur.Noyabrın 17-də Yenikənd kəndində dəfn edilmişdir.
Prezident İlham Əliyevin sərəncamına əsasən, Azad Kərimli ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev