08 Sentyabr 2024 04:09

“Mançester Yunayted”in 2 faizini aldı

Azadsöz.az  xəbər  verir  ki, “Omega Advisors”un təsisçisi Leon Kupermen “Mançester Yunayted”in səhmlərinin 2 faizini alıb.

Bu barədə “Mirror” məlumat yayıb. İş adamı klubun səhmlərin 2 faizi üçün 15,7 milyon avro ödəyib.

80 yaşlı Kupermanın sərvətinin 2,4 milyard avro olduğu güman edilir. O, Nyu-Yorkda yerləşən “Omega Advisors” şirkətinin yaradıcısıdır. .

Xatırladaq ki, daha əvvəl İNEOS-un sahibi Cim Ratkliffin klubda 25 faiz pay almaq istədiyi barədə məlumat yayılmışdı. Həmçinin onun “Mançester Yunayted”də futbol əməliyyatlarına tam nəzarət edəcəyi gözlənilirdi. Ancaq belə görünür ki, Kupermen və Ratkliff ingiltərə klubunun mövqeyini yaxşılaşdırmaq üçün tandemdə çalışacaqlar.

Hazırda İngiltərə Premyer Liqasında keçirdiyi 12 matçdan sonra “Mançester Yunayted” 21 xalla 6-cı pillədə qərarlaşır.