27 İyul 2024 05:01

İki ildir vakant olan vəzifə ilə bağlı əmr imzalandı

Azadsöz.az  xəbər  verir  ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin İcra Şöbəsinə rəis vəzifəsi ilə bağlı əmr imzalanıb.

Ədliyyə naziri Fikrət Məmmədovun imzaladığı əmrlə İcra Şöbəsinin rəisi vəzifəsinin müvəqqəti icrası kiçik ədliyyə müşaviri Ziya İsmayılzadəyə həvalə edilib.

Qeyd edək ki, Z.İsmayılzadə bu təyinata qədər Sabunçu Rayon İcra Şöbəsinin rəis müavini idi. Onun hazırda təyin edildiyi vəzifə iki il idi, vakant idi.