27 İyul 2024 03:46

Sərsəng və Suqovuşan su anbarları ilə bağlı QƏRAR

Azadsöz.az  xəbər  verir  ki, “Azərbaycan Respublikasında mühafizə olunmalı həyat təminatlı, mühüm əhəmiyyətli obyektlərin Siyahısı”nda dəyişiklik edilib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Sərsəng su anbarı (Tərtər, Kəlbəcər rayonları – Fövqəladə Hallar Nazirliyinin vəsaiti) və Suqovuşan su anbarı (Tərtər rayonu – Fövqəladə Hallar Nazirliyinin vəsaiti) siyahıya əlavə edilib.