27 İyul 2024 07:21

Göyçayda keçirilən 15-ci Nar Festivalında maraqlı anlar yaşanıb-VİDEO

Xəbər  verdiyimiz  kimi, 11 noyabr  2023-cü il  tarixində   Göyçay Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Göyçay Şəhər stadionda 15-ci “Nar Festivalı”  keçirilib.

Azadsöz.az xəbər verir ki, Festivalda maraqlı anlar  yaşanıb. 44  günlük  Vətən  müharibəsində  iştirak  edərək sağlamlığını itirən Göyçay  rayon Məlikkənd kənd  sakini Salahov Əfsun Tahir oğlu  Mahmudova Lalə  İsmixan qızı ilə festivalda  nikaha  daxil olub.Göyçay Rayon İcra Hakimiyyəti  tərəfindən  cütlüyə  hədiyyə  təqdim olunub.

Bununla yanaşı  qazimiz və  xanımı  Göyçay Rayon İcra Hakimiyyətinin  başçısı, Milli Məclisin deputatı Sabir Hacıyev və rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul şəxsləri ilə  birgə  rəqs  edib.

 

Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev