08 Sentyabr 2024 03:24

Azərbaycan bu protokola qoşuldu

Azadsöz.az  xəbər  verir  ki, Azərbaycan Respublikası “Hava gəmilərində törədilmiş cinayətlər və bəzi digər aktlar haqqında” Konvensiyada dəyişiklik edilməsinə dair 2014-cü il aprelin 4-də Monreal şəhərində imzalanmış Protokola qoşulub.

Prezident İlham Əliyev bununla bağlı qanunu imzalayıb.