27 İyul 2024 06:30

Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatıb (FOTO)

Azadsöz.az  xəbər  verir  ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistana səfəri noyabrın 9-da başa çatıb.

Daşkənd Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Azərbaycan Prezidentini Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər yola saldılar.