Azadsöz.az xəbər verir ki, 8 Noyabr – Zəfər Günü ilə əlaqədar Göyçay Şəhidlər Xiyabanı ziyarət olunub.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, icra aparatının məsul şəxsləri, Milli Məclisin deputatları Sabir Hacıyev, Məzahir Əfəndiyev, idarə, müəssisə və təşkilatlarların, rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin ailələri, müharibə iştirakçıları, qazilər və ictimaiyyət nümayəndələri Göyçay Şəhidlər Xiyabanını ziyarət edərək ərazi bütövlüyümüzün təmin olunması uğrunda canından keçən şəhidlərimizin məzarları önünə tər qərənfillər düzüblər.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev