Azadsöz.az xəbər verir ki, Türk Dövlətləri Təşkilatı 8 Noyabr – Zəfər Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.
Təbrik mesajı təşkilatın rəsmi “X” sosial şəbəkə hesabında yayımlanıb.
“Şuşa şəhərinin işğaldan azad edildiyi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunduğu və tarixi ədalətin yenidən təmin edildiyi 44 günlük Vətən müharibəsində qələbənin ildönümü olan 8 Noyabr – Zəfər Günü münasibətilə qardaş Azərbaycan xalqına, Azərbaycan Silahlı Qüvvələrinə və hökumətinə ən səmimi təbriklərimizi çatdırırıq”, – deyə mesajda bildirilir.
Şuşa şehrinin azat edildiği, Azerbaycan Cumhuriyeti’nin toprak bütünlüğünün sağlandığı ve tarihi adaletin yeniden tesis edildiği 44 Gün süren Vatan Muharebesinde elde edilen zaferin yıldönümü olan 8 Kasım Zafer Bayramı vesilesiyle kardeş Azerbaycan halkına, Azerbaycan Silahlı… pic.twitter.com/Okb7X1GFs8
— Organization of Turkic States (@Turkic_States) November 7, 2023