Azadsöz.az xəbər verir ki, Azərbaycan Velosiped Federasiyası (AVF) və Müdafiə Sənayesi Nazirliyinin (MSN) birgə təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Səbail rayonunda yerləşən Veloparkın ərazisində 8 Noyabr – Zəfər Günü münasibətilə veloyürüş keçirilib.
Vətən müharibəsində qazanılmış tarixi qələbəyə həsr olunan veloyürüşdə Azərbaycan millisinin, AVF-nin, MSN-in Velosiped İdman Klubunun üzvləri, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları, digər peşəkar və həvəskar velosipedçilər iştirak ediblər.
Ümumilikdə 100 nəfərdən çox velosipedçi Veloparkın mərkəzindən start götürərək, təyin olunmuş marşrut üzrə 2 dairə vurublar.