Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanına səfər edəcək.
Ölkə liderinin bu ay ərzində baş tutacaq İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ər-Riyad Zirvə toplantısında iştirak edəcəyi planlaşdırılır.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan artıq sözügedən toplantıya qatılacağını təsdiqləyib.