Azadsöz.az xəbər verir ki, Türkiyə problemlərin həllində açar ölkəyə çevirilib.
Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Qlobal gündəmi zəbt edən böhranların demək olar ki, hamısı ölkəmizin yerləşdiyi regionda baş verir. Biz Rusiya ilə Ukrayna arasındakı müharibədən tutmuş Suriyadakı qeyri-sabitliyə və Qəzzada humanitar faciəyə qədər bütün böhranların ilk həmsöhbətlərindənik. Bu günə qədər ən böyük uğurumuz ölkəmizi qaynar münaqişələrə tərəf çevirməməyimiz, qeyri-sabitlik alovunun ölkəmizə keçməsinə imkan verməməyimiz olub. Əksinə, həyata keçirdiyimiz balanslı, prinsipial və soyuqqanlı siyasətlə Türkiyəni böhranların həllində açar ölkəyə çevirdik. Biz bütün böhranlarda həmişə ədaləti müdafiə etmişik, sülhü müdafiə etmişik, insan hüquq və azadlıqlarını müdafiə etmişik. Biz əlimizdə olan bütün imkanları səfərbər edirik ki, harda axan qan varsa dayandırılsın. Biz məzlumları dəstəkləyərkən heç vaxt onların əqidəsinə, mənşəyinə baxmırıq, zalımın qarşısında dik durmağı özümüzə borc bilirik. Bundan sonra da eyni şərəfli mövqeyimizi davam etdirəcəyik”, – deyə Ərdoğan bildirib.