Naxçıvanda hərbi yürüş keçirilib – VİDEO

-
Estimated read time 2 min read

Azadsöz.az  xəbər  verir  ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi ilə əlaqədar Naxçıvan şəhərində hərbi yürüş keçirilib.

Bu barədə  Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının və Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının iştirakı ilə keçirilən yürüş Naxçıvan şəhərindəki Heydər Əliyev prospektindən başlayıb və müəyyən edilən marşrut üzrə Zəfər parkınadək davam edib.

Hərbi qulluqçularımız və gələcəyin zabitləri yürüşləri ilə Ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiramlarını və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etmək şərəfinin yaratdığı qürur və iftixar hisslərini nümayiş etdiriblər.

Yürüş iştirakçıları hərbi orkestrin müşayiəti ilə hərbi vətənpərvərlik mahnıları, eləcə də marşlar və şüarlar səsləndiriblər.

İzləyənlər tərəfindən hərbi yürüş böyük maraq və alqışlarla qarşılanıb. Sonda Əlahiddə Ümumqoşun Ordunun Nümunəvi Hərbi Orkestrinin konserti olub.

Qeyd edək ki, Əlahiddə Ümumqoşun Orduda cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi ilə əlaqədar keçirilən silsilə tədbirlər davam edir.

Bəyənin