27 İyul 2024 06:46

“8 noyabr — Tariximizin Zəfər günüdür!” adlı tədbir keçirilib.

Azadsöz.az  xəbər  verir  ki,  Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Göyçay Tarix-Diyarşünaslıq Muzeyində 44 gün ərzində aparılan Vətən müharibəsindəki uğurlu əks-hücum əməliyyatlarında əldə edilən böyük hərbi Qələbənin 3-cü ildönümü və “Şuşa şəhəri günü” ilə əlaqədar “8 noyabr — Tariximizin Zəfər günüdür!” adlı tədbir keçirilib.

İlk öncə Azərbaycan Dövlət Himni səslənmiş, daha sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə 44 günlük Vətən müharibəsi şəhid anaları:Şəmistan İlyas oğlu Əzizovun anası Əminə xanım,İntiqam Bəxtiyar oğlu Şirəliyevin anası Almas xanım,  Əli Sehran oğlu Eyvazovun anası Aynur xanım,Fərid Zakir oğlu Möhsümovun bacısı Samirə xanım, Şuşanın azad olunmasında iştirak edən həmyerlimiz qazi Emin Cavanşir oğlu Cəbrayılov, “Göyçay” qəzetinin redaktoru əməkdar müəllim, şair Adil Məmməd, MİHİ-nin Göyçay Rayon Komitəsinin sədri Nəriman Məlikov,Göyçay  İcra Hakimiyyəti yanında  İctimai Şuranın  üzvü Nazir Əhmədov, “Azadsöz.az” saytının xüsusi müxbiri Gülşən Muradova, Göyçay şəhər R.Rza adına 1 saylı tam orta məktəbin müəllim və şagirdləri, Şəkili kənd klubunun fəalları iştirak edirdi.

 Çıxış edən qonaqlardan tədbir iştirakçılarını  duyğulandıran qazi Emin Cəbrayılov müharibədən bəhs etdiyi sözləri oldu. O, döyüş yoldaşlarının qəhrəmanlığından və Şuşaya Zəfər Bayrağımızı necə sancdığından fəxrlə danışdı.

Muzeyin bələdçisi Mehriban Xəlilova “Şuşa şəhəri Günü”nə həsr edilmiş “Şuşa nəinki, Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək” adlı məruzə ilə çıxış etdi. Muzeyin elmi işçisi Humay Zülfüqarlı Vətənpərvərlik mövzusunda yazdığı şeirlərini səsləndirdi.

 Muzeyin direktoru Gülçin Babayeva qonaqları bayram münasibətilə təbrik etdi və öz minnətdarlığını bildirdi.

Məktəbliləri maraqlı, rəngarəng şeir və rəqs parçaları ilə çıxış etdiblər.

Tədbirin sonunda muzeyin əməkdaşı Nuranə Sultanovanın təqdimatında Şuşaya həsr olunmuş videoçarx nümayiş olunub.