Azadsöz.az xəbər verir k, Nazirlər Kabineti “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nda dəyişiklik edib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Dəyişiklik ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) ümumi təhsil pilləsində tədris olunan fənlərə uyğunluğu ilə bağlıdır.
Dəyişikliyə əsasən, 2010/2011-ci tədris ilinədək 59 ixtisas üzrə ali təhsilin bakalavriat səviyyəsinə qəbul olunanlar pedaqoji təhsilə malik olan şəxslər hesab edilirlər.
Eyni zamanda, Nazirlər Kabinetinin 2019-cu il 11 fevral tarixli 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsi üzrə ixtisasların (proqramların) Təsnifatı” qüvvəyə minənədək mütəxəssis hazırlığı aparılmış ixtisaslar (proqramlar) nəzərdə tutulur.