Azadsöz.az xəbər verir k, noyabrın 1-də Kənd Təsərrüfatı işçilərinin peşə bayramı günü ilə əlaqədar Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri Elçin İsmayılov və mərkəzin əməkdaşları Heydər Əliyev parkına gələrək Ulu Öndərin abidəsini ziyarət edib, əziz xatirəsinə tər çiçəklər düzdükdən sonra Göyçay rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini, Göyçay rayonuna səfərlərini əks etdirən foto sərgiyə baxış keçiriblər.
Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbərliyi başda olmaq kollektiv Göyçay Bayraq Muzeyində olublar.Muzeydə nümayiş olunan Azərbaycan xanlıqlar dövrünün xəritəsi, orta əsrlərə aid döyüşçüləri əks etdirən manekenlər, orta əsrlərdə xanlıqların istifadə etdiyi bayraqlar, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və müstəqillik dövrlərində qəbul edilmiş gerblər, bayraqlar, Azərbaycanın konstitusiyaları, Silahlı Qüvvələrimizin müxtəlif qoşun birləşmələrinin geyim formaları, poçt markaları, orden və medallarla tanış olublar.
Daha sonra tədbir iştirakçıları Şəhidlər Xiyabanına gələrək Vətənimizin müstəqilliyi və sərhədlərimizin bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin məzarlarını ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Sonra tədbir Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında davam edib.İlk olaraq şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Elçin İsmayılov peşə bayramları münasibətilə kənd təsərrüfatı sahəsində çalışan və Dövlət Aqrar İnkişaf Mərkəzinin bütün əməkdaşlarını təbrik edərək işlərində yeni-yeni uğurlar arzulayıb.Elçin İsmayılov bildirdi ki, ölkəmizdə iqtisadiyyatın digər sahələri kimi aqrar sahə də keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Bu gün ölkəmizdə aqrar sahənin inkişafında, əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının ödənilməsində kənd təsərrüfatı işçilərinin əməyi danılmazdır. 09 oktyabr 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamla noyabr ayının 1-i ölkəmizdə Kənd Təsərrüfatı İşçilərinin Peşə Bayramı Günü kimi təsis edilmişdir.
Tədbirdə Kərim Babayev,Sahil Hüseynov,Qiyas Qasımov,Famil Nəbiyev və digərləri çıxış edərək rəhbərlik başda olmaqla kollektivi təbrik edib, kənd təsərrüfatı sahəsində çalışan bütün zəhmətkeşlərin fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonda Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzinin xidmətdə fərqlənən Teymur Talıbov, Mehdi Səmədov və Cəmilə Məmmədli peşə bayramı münasibətilə təltif olunublar.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev