19 Sentyabr 2024 05:27

Qazaxıstanda şaxtada baş verən partlayışda ölənlərin sayı 38-ya çatıb

Azadsöz.az xəbər verir ki, Qazaxıstanın Karaqanda vilayətində Kostenko daş kömür şaxtasında baş verən qəzada ölən mədənçilərin sayı 38-ə çatıb.

Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi teleqramda məlumat yayıb.

XXX

08:58

Azadsöz.az xəbər verir ki, Qazaxıstanın Karaqanda vilayətində Kostenko daş kömür şaxtasında baş verən qəzada ölənlərin sayı 36 nəfərə çatıb

Bu barədə mədənin sahibi olan “ArselorMittal Temirtau” şirkəti məlumat yayıb.

“Hazırda 36 nəfərin ölməsi təsdiqlənib, 10 şaxtaçı hələ də itkin düşüb”, – deyə şirkət qeyd edib.

xxx

 

07:23

Azadsöz.az xəbər verir ki, Qazaxıstanın Karaqanda vilayətində Kostenko daş kömür şaxtasında baş verən qəzada ölənlərin sayı 35 nəfərə çatıb.

Bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Hazırda 35 nəfərin cəsədi tapılıb, onlardan 29-u çıxarılıb, 11 şaxtaçının aktiv axtarışları davam edir”, – deyə qeyd olunub.

Qeyd edək ki, bu gün səhər saatlarında Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada partlayış olub. Qəza anında şaxtada 252 nəfər olub.

Ehtimal olunur ki, lavada metan qazının partlaması baş verib. Xilasedicilər və hüquq-mühafizə orqanları qəza yerində işləri davam etdirir. Operativ qərargah yaradılıb.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com