19 Sentyabr 2024 20:23

Gəncə sakini bir neçə nəfər tərəfindən BIÇAQLANDI

Azadsöz.az xəbər verir ki,  hadisə şəhərin Gülüstan qəsəbəsində yerləşən “Üç qardaş” marketin yaxınlığında qeydə alınıb. 33 yaşlı Elşad Nağıyev ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Müayinə zamanı 33 yaşlı kişinin bıçaqlandığı müəyən edilib. Dərhal xəstə əməliyyata götürülüb, vəziyyətinin ağır olduğu bildirilir.

Yaxınlarının deməsinə görə,  E.Nağıyev tanımadığı bir neçə nəfər tərəfindən bıçaqlanıb. Hazırda hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com