19 Sentyabr 2024 05:02

Natiq Ağayev Ramal Rüstəmovu ziyarət edib-FOTO

Azadsöz.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri oktyabrın 25-də Qarabağ bölgəsində həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri zamanı yaralanan, rayonunun İkinci Ərəbcəbirli kənd sakini Rüstəmov Ramal Vidadi oğlunu yaşadığı evdə ziyarət edib.

Görüş zamanı  icra başçısı döyüşçünün sağlamlığı və müalicəsi, eyni zamanda ailənin qayğıları ilə maraqlanıb. Terrorçulara qarşı aparılan hərbi əməliyyatlarda göstərdiyi qəhrəmanlığa və şəxsi şücaətə görə onu təbrik edib. Bildirib ki, Azərbaycan Silahlı Qüvvələri cəmi 23 saat 43 dəqiqəyə onları ağ bayraq qaldırmağa məcbur etdi və lokal xarakterli antiterror tədbirlərin qarşısında duran bütün vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi.

Söhbət zamanı yaralı döyüşçü öz təəssüratlarını bölüşüb. Ramal Rüstəmov və ailə üzvləri göstərilən  diqqət və qayğıya görə prezident  İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd  edək ki, Rüstəmov Ramal Vidadi oğlu həm də Vətən müharibəsi iştirakçısıdır.

 

 

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com