29 Noyabr 2024 08:36

Bu şəxslər müəllim ola bilməyəcək

Azadsöz.az xəbər verir ki, Azərbaycanda cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcəklər.

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Ümumi təhsil haqqında” qanuna dəyişiklik edilib.

Dəyişikliklə qanunun 27.2.5-ci maddəsinə “və ya” sözlərindən sonra “cinsi” sözü əlavə olunur. Təklif olunan dəyişiklikdən sonra isə cinsi zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməyəcəklər.

Qanunun hazırkı bəndində isə qeyd edilib ki, uşaqlara qarşı cinsi istismar və ya zorakılıqla bağlı cinayətə görə məhkum olunmuş şəxslər pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər.

Layihə müzakirələrdən sonra I oxunuşda qəbul olunub.

Ankara escort İstanbul Travesti Shemale İstanbul