08 Sentyabr 2024 04:55

“Şuşada orta məktəb fəaliyyətə başlayacaq” – Aydın Kərimov

Azadsöz.az xəbər verir ki, yaxın zamanda Şuşada 960 nəfərlik 1 saylı orta məktəb fəaliyyətə başlayacaq.

Bunu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

“190 çarpayılıq mərkəzi xəstəxana artıq inşa olunmaqdadır. Gələn ilin birinci rübündə artıq istifadəyə veriləcək. Real məktəbi Şuşanın ən böyük abidəsidir. Həmin bina ilə bağlı unikal layihə həyata keçirilməkdədir”, – deyə Aydın Kərimov vurğulayıb.