Azadsöz.az xəbər verir ki, bu gün qanı ilə tarix yazaraq şəhidlik zirvəsinə ucalan Elnur Əliyevin şəhadətə qovuşmasından üç il ötür.
Elnur Ərəstun oğlu Əliyev 2000-ci ildə 10 fevralda Göyçayda anadan olub. her zaman sizlerle burada bulusuyor. 2005-ci ildə Göyçay rayon Nizami adına 7 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub və 2017-ci ildə həmin məktəbi bitirib.
Elnur Əliyev Hərbi xidmeti 2017-2019(əsgərliyi) FHN N saylı hərbi hissəsində keçib.Əsgərlik zamanı xidməti ilə seçilmiş dəfələrlə fəxri fərmanla təltif olunub, əsgərliyi çavuş rütbəsiylə bitirib.2020 ci il Azerbaycan silahli quvvələrin siralarına MAXE kimi xidmətə başlayıb.Həmin ildə Xüsusi Təyinatlı Qüvvələrin kursun 500 nəfərin içinən seçilib.20 yaşında Xüsusi Təyinatlı Qüvvələrin MAXE(MAHHXHQ) çavuşu olub və Cəlilabada N saylı hərbi hissədə xidmətin davam edib.
XTQ MAXE Elnur Əliyev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsinin ilk saatlarınan Murov dağ istiqamətində, Kəlbəcərin, Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.Yaralı olmasına baxmayaraq son ana kimi döyüşüb.Oktyabrın 6-da Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub. Oktyabrın 19-da Göyçay şəhər Şəhidlər Xiyabanında dəfn olunub.
Elnur Əliyev ölümündən sonra Prezidentin İlham Əliyevin sərəncamı ilə “Bayraq ordeni” və “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” , “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə” medalları təltif edilmişdir.
Səbuhi Eltonlu
Gülşən Muradova
Zəka Nağıyev