19 Sentyabr 2024 20:31

”Biz xoşbəxt xalqıq ki, cənab prezident İlham Əliyevin liderliyi altında bu şanlı tarixin şahidləriyik”

Azadsöz.az, Prezident İlham Əliyevin oktyabrın 15-də Ağdərəyə, Xocalıya və Xankəndiyə səfəri Zəfər tarixinin qızıl hərflərlə yazılan səhifəsidir. Dövlət başçısı üç il əvvəl əldə edilən qələbənin davamını 15 oktyabrda xalqımıza bir daha yaşatdı.

Cənab İlham Əliyev prezident seçilməsinin 20-ci illiyində Xocalı və Xankəndidə Azərbaycan Bayrağını qaldıraraq verdiyi sözləri tutduğunu bir daha göstərdi. Ölkə rəhbəri çıxışında qeyd etdi: “20 il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır.”

Belə də oldu. Ədalət, öz yerini tapdı, Azərbaycanın suverenliyi tam bərpa olundu və artıq bütün Azərbaycan torpaqlarında üçrəngli bayrağımız qürurla dalğalanır.

Dövlət bayrağımızı qaldıran ölkə rəhbərimiz öz sevinc və qürur hissini böyük fəxarətlə xalqımızla bölüşdü: “Əziz həmvətənlər, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq.”

Ali Baş Komandanın liderliyi, sərkərdəliyi və Azərbaycanın qəhrəman oğulları xalqımıza əbədi və əvəzolunmaz qürur ərməğan etdilər. Azərbaycan xalqı bu qüruru, şərəf və ləyaqəti əbədi olaraq qoruyub saxlamalıdır. Şübhəsiz ki, gələcək nəsillər bu şanlı tarixi fəxrlə öyrənəcəklər.

Bu şərəfli tarixi gün eyni zamanda cənab prezidentin 20 illik gərgin fəaliyyətinin Zəfər zirvəsidir. Bu unudulmaz tarix bir xalqın öz lideri ilə həmrəyliyinin, birliyinin təntənəsidir. Ölkə rəhbəri gərgin əməyi, qətiyyətli iradəsi ilə ötən 20 illik fəaliyyətində göstərdi ki, O, xalqına verdiyi bütün vədləri yerinə yetirmək iqtidarındadır. O, sübut etdi ki, onun sözü imzası qədər keçərlidir. Cənab prezidentin vurğuladığı kimi göstərdi ki, nəyi, necə, nə vaxt etmək lazım olduğunu yaxşı bilir. Bu gün əminliklə deyə bilərik ki, biz çox xoşbəxt xalqıq. Prezident İlham Əliyevin reallığa çevirdiyi bu unudulmaz tarixin şahidləriyik.

Müasir tariximizdə 15 oktyabr günü son ikiəsrlik tariximizin zirvə nöqtəsidir. Əgər 2023-cü ilin bu günündə İlham Əliyev hakimiyyətə gəlişi ilə tərəqqi və inkişafa qədəm qoyan Azərbaycanın zəfərə doğru addımları atıldısa, 2023-cü ilin 15 oktyabrında Xankəndidə Azərbaycan bayrağının ucaldılması ilə dövlətimizin bütövlüyü tam şəkildə dünyaya təsdiq edildi. Həmin tarixi gün Əsgəran, Xocavənd, Ağdərəyə səfər edərək illərlə şər yuvasına çevrilmiş Xankəndidə üçrəngli bayrağımızı qaldırmaqla möhtərəm dövlət başçımız həm də Azərbaycan dövlətinin adını bir daha ucaltmış oldu. Xüsusilə qəlbimizin kövrək yeri Xocalıda prezident İlham Əliyevin qalib Sərkərdə kimi addımlaması içində dəhşətli faciə yaşamış xalqın yanğısına məlhəm oldu. Bu tarixin ədaləti, xalqımızın haqq etdiyi qürurunun bərpası anı idi.

15 oktyabrda Azərbaycanın Dövlət Bayrağının Xankəndidə dalğalandırılması başlıca olaraq xalqımızın son 30 illik arzusunun reallaşmasıdır. 20 il əvvəl həmin tarixdə öz çiyninə məsuliyyətli və şərəfli vəzifəni götürən müzəffər liderimiz bu günün gələcəyini vəd etmişdi. 20 ildən sonra eyni gündə Prezidentimiz vədinə sadiq qalaraq bayrağımızı tarixi torpaqlarımızda yüksəltdi. Bu hisslərin sözlə dolğun ifadə olunması asan deyil, Xankəndidə bayrağımızın ucaldılmasını seyr edən hər bir şəxs qürur və sevinc hissləri keçirir və təbii ki, Ulu öndər Heydər Əliyevin 100 illiyində bu möhtəşəm tarixi hadisələrin baş verməsi xüsusilə qürurvericidir. Bu həm də Ümummilli liderin ən böyük arzusunun reallaşması deməkdir. İndi Ulu öndərin və torpaqlarımızın uğrunda öz canından keçmiş şəhidlərin ruhları şaddır.

Bu gün Azərbaycan öz tarixinin yeni mərhələsinə qədəm qoyub. Torpaqlarımızın işğaldan azad edilməsi, Qarabağda erməni separatizminə son qoyulması həm də yeni milli çağırışlar, yeni hədəflər deməkdir. Əminik ki, prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə əsas milli prioritet olan Qarabağ və Şərqi Zəngəzurun bərpası da qısa müddətdə başa çatdırılacaq. Böyük Qayıdış proqramı uğurla icra ediləcək və Azərbaycan öz inkişafının daha böyük hədəflərinə çatacaq, daha böyük zəfərlərə imza atacaqdır.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com