29 Noyabr 2024 08:50

Azərbaycan bölgədə sülh və reinteqrasiya üçün yaranmış tarixi fürsətin əldən verilməməsində qərarlıdır – XİN başçısı

Azadsöz.az  xəbər  verir  ki, Azərbaycan hər zaman regional sülh və təhlükəsizliyə hədə törədən qeyri-qanuni erməni silahlı qüvvələrinin bölgədə mövcudluğuna beynəlxalq diqqəti çəkmək üçün səy göstərib.

Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın sədrliyi ilə Şuşa şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 27-ci iclasında çıxışı zamanı bildirib.

Bölgədə sülh və reinteqrasiya proseslərini təhdid edən qanunsuz erməni silahlı qüvvələrinin təxribatlarına, mina təhdidini davam etdirməsinə və mövcudluğuna son qoyan lokal anti-terror tədbirlərindən bəhs edən nazir Ceyhun Bayramov, bu tədbirlərin nəticəsində xüsusilə Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası prosesinin intensivləşdiyini diqqətə çatdırıb.

Hazırda yerli erməni sakinlərin iqtisadi, sosial, humanitar ehtiyaclarının qarşılanması istiqamətində işçi qrupunun yaradılmasının, aidiyyəti üzrə tədbirlərin görülməsinin və Azərbaycan Hökumətinin nümayəndəsi ilə həmin sakinlərin nümayəndələri arasında dualoqun davam etdirilməsinin bölgədə guya “etnik təmizləmə” aparılması ilə bağlı iddiaların əssassız olduğunu bir daha sübut etdiyi vurğulanıb.

Bu xüsusda, Azərbaycanın bölgədə sülh və reinteqrasiya üçün yaranmış tarixi fürsətin əldən verilməməsi, Azərbaycan və Ermənistan arasında normallaşma gündəliyi, habelə ərazilərimizdə yaşayan erməni sakinlərin reinteqrasiyası prosesinin irəlilədilməsində qərarlı olduğu diqqətə çatdırılıb.

Ankara escort İstanbul Travesti Shemale İstanbul