Azadsöz.az xəbər verir ki,Pakistanın xarici işlər naziri Cəlil Abbas Cilani Azərbaycana rəsmi səfər edəcək.
O, İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Nazirlər Şurasının oktyabrın 9-dan 10-dək Şuşa şəhərində keçiriləcək 27-ci iclasında iştirak edəcək.
Cilani həmçinin tədbir çərçivəsində üzv ölkələrin nazirləri və digər nüfuzlu şəxslərlə ikitərəfli görüşlər keçirəcək.
Qeyd edək ki, tədbirdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri iştirak edəcək.
İƏT 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən yaradılıb.
Üzv dövlətlərə Azərbaycan, Əfqanıstan, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Özbəkistan və Tacikistan daxildir.