Azadsöz.az xəbər verir ki, Rusiya sülhməramlıları tərəfindən Qarabağdakı silahlı birləşmələrin anbarlarında olan silahların, hərbi texnikanın, atıcı silahların və döyüş sursatlarının hesablanması başa çatıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumat bülletenində bildirilib.
“Oktyabrın 7-nə olan məlumata görə, 92 ədəd zirehli texnika, 142 ədəd avtomobil texnikası, 124 ədəd hava hücumundan müdafiə texnikası, 112 ədəd səhra artilleriya qurğusu, YARS və minaatan, 1 ədəd PUA, 7 min ədəddən çox atıcı və tank əleyhinə silah, təxminən 66,1 milyon sursat təhvil verilib”, – deyə məlumatda qeyd olunub.
O da vurğulanıb ki, silah, hərbi texnika və sursat anbarlarının mühafizəsi Rusiya-Azərbaycan birgə mühafizə postları tərəfindən təşkil edilib.