19 Sentyabr 2024 05:12

Şəhid Kənan Ömərlinin şəhadətə qovuşmasının üçüncü ildönümüdür-FOTO/VİDEO

Azadsöz.az  xəbər  verir  ki, bu gün  torpaqlarımızın  ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan  Kənan Ömərlinin şəhadətə qovuşmasının üçüncü ildönümüdür.

Kənan Elxan oğlu Ömərli 1999-cu  il martın 8-də Göyçay rayonunun  Cəyirli kəndində anadan olub.2005-ci ildə Cəyirli kənd  tam orta məktəbin 1-ci  sinifinə  gedib. 2014-cü  ildə həmin məktəbin  9-cu sinifini  bitirərək, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinə daxil olub.2018-ci ilin iyununda Həqiqi  Hərbi xidmətə çağrılıb, Naxçıvan Muxtar Respublikasının “N” saylı hərbi hissəsində xidmət keçib. 2020-ci ilin yanvarında hərbidən təxris olunub.

Kənan Ömərli Gəncə Texnologiya Universitetinə qəbul olmağna  baxmayaraq,2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlayan Vətən müharibəsində iştirak etmək üçün  döyüşə  yollanıb.Oktyabrın 6-da  Ağdam istiqamətində gedən döyüşlərdə  şəhid olub. Göyçay rayonunun Cəyirli kəndində torpağa  tapşırılıb.

Ölümündən sonra Azərbaycan Respublikası Prezdentinin sərəncamı ilə “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

 


Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka  Nağıyev

 

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com