“Rusiya bu ay Qazaxıstan və Özbəkistana 3 milyard kubmetr Rusiya qazının tədarükünə başlayacaq, sonradan bu həcmlər artırıla bilər”.
Azadsöz.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Valday” beynəlxalq diskussiya klubunun plenar iclasında deyib.
“Texniki olaraq bu, artıq həyata keçirilib, Rusiya qazının Qazaxıstan və Özbəkistana tam tədarükü bu ilin oktyabrında başlayacaq. Hələlik kiçik həcmdə olsa da, bu həm Qazaxıstan iqtisadiyyatı, həm də Özbəkistan iqtisadiyyatı üçün çox vacibdir. Biz hərəyə 3 milyard kubmetr verəcəyik, sonra onu artıra bilərik”, – deyə prezident bildirib.