Azadsöz.az xəbər verir ki, Müdafiə Nazirliyi lokal antiterror tədbirləri nəticəsində Silahlı Qüvvələrin şəhid olan hərbi qulluqçularının ad və soyadlarının qeyd olunduğu siyahını yeniləyib.
Əvvəlki 186 nəfərlik siyahıya daha 5 şəhid hərbçimizin adı əlavə olunub.
5 şəhidimizin şəxsiyyəti Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra müəyyənləşib.
Siyahı ilə buradan tanış ola bilərsiniz.
Qeyd edək ki, MN-in ilkin siyahısında 180 şəhidimizin adı qeyd olunmuşdu. Məhkəmə Tibbi Ekspertiza tərəfindən məhkəmə genetik müayinələr aparıldıqdan sonra siyahıya 6 şəhidin, indi isə daha 5 şəhidin adı əlavə olunub.