Azadsöz.az xəbər verir ki, “Vətəndaş Elçin Məmmədov TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə huşsuz vəziyyətdə yerləşdirilib”.KTM-dən verilən məlumata görə, ona zəruri tibbi xidmət göstərilib, hazırda vəziyyəti stabildir.
“Lakin onun intihar edib-etməməsi ilə bağlı dəqiq məlumat yoxdur. Suallara adekvat cavab vermir. Klinika bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat verib. Onun müalicəsi davam etdirilir”, – deyə açıqlamada qeyd olunub.
****
22:30
Azadsöz.az xəbər verir ki, Vətən müharibəsi qazisi intihara cəhd edib.
Bu barədə sosial şəbəkələrdə yazılıb.
Belə ki, üç ildir ƏƏSMN-dən əlilliyini ala bilməyən, Bakıda yaşayan Siyəzən rayon sakini Məmmədov Elçin özünə qəsd edib.
Onun hazırda 1 saylı şəhər Kliniki Tibbi Mərkəzin (“Semaşko”) toksikologiya şöbəsində komada olduğu bildirilir.