19 Sentyabr 2024 20:20

Şəhid Elvin Məmmədovun üçüncü ildönümü qeyd olundu-FOTOLAR

Azadsöz.az  xəbər  verir  ki, torpaqlarımızın  ərazi bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan  Göyçay rayonunun Ləkçılpaq kənd sakini Məmmədov Elvin Mübariz oğlunun üçüncü ildönümü məzarı önündə qeyd olundu.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri,  hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, dindarlar, ağsaqqallar, kənd sakinləri  və şəhidin ailə üzvləri iştirak  ediblər.

Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Tədbirdə  çıxış  edənlər  Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun döyüş meydanında qazandığı tarixi Qələbədən, böyük Zəfərdən danışıblar.Bildiriblər ki, 2020-ci ilin 27 sentyabrından başlayan və 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü, qüdrətini gördü. Hərbçilərimiz, əsgərlərimiz göstərdikləri şücaətlə, qəhrəmanlıqla bütün dünyaya sübut etdilər ki, Azərbaycanın güclü ordusu var. Ən əsası da həmin ordu öz torpağımızda vuruşaraq, öz torpağımızı qorudu və işğalçıları öz torpaqlarımızdan qovdu.Əldə  etdiyimiz  Qələbənin heç  də  asan olmadığını, Elvin və onun kimi şəhidlərimizin qanı bahasına qazanıldığı vurğulayıblar.

Sonda məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, şəhid Məmmədov Elvin Mübariz oğlu 26.11.1996-ci il tarixdə Göyçay rayonunun Ləkçıplaq kəndində anadan olmuşdur. 21 sentyabr 2020-ci il tarixdə hərbi təlimlərə cəlb edilmiş, 01 oktyabr 2020-ci il tarixdə Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur.

Prezident İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “İgidliyə görə” , “Laçının azad olunması” , “Suqovuşanın azad olunması”, “Vətən uğrunda” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif   edilib.

Səbuhi  Eltonlu

Gülşən  Muradova

Zəka  Nağıyev

 

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com