Azadsöz.az xəbər verir ki, “Real Madrid” İspaniya La Liqasının VII turunda böyük hesablı qələbə qazanıb.
“Kral klubu” səfərdə “Jirona”nı üstələyib – 0:3.
Hesabı 17-ci dəqiqədə Xoselu açıb. Dörd dəqiqə sonra Orelyen Çuameni fərqi artırıb. Matçda son nöqtəni Cud Bellinqem qoyub. O, 71-ci dəqiqədə fərqlənməyi bacarıb. 90+4-cü dəqiqədə paytaxt təmsilçisinin heyətində Naço Fernandes birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
Bu qələbə “Real Madrid”i birinci pilləyə yüksəldib. Komandanın 21 xalı var. Karlo Ançelottinin komandası 19 xalı olan “Jirona”nı və 20 xalı olan “Barselona”nı geridə qoyub.