27 İyul 2024 11:45

Kəlbəcərdə şəhid olan əsgərimiz sabah Qusarda dəfn ediləcək

Azadsöz.az xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin snayper atəşi nəticəsində bu gün Kəlbəcərdə şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Vüsal Orucov Qusar rayonunun Suvacal kəndində doğulub.

15 fevral 2005-ci il təvəllüdlü əsgər Vüsal Orucov hərbi xidmətə bu il aprel ayının 11-də yollanıbmış.

Şəhid əsgər sabah Qusar rayonunun Suvacal kəndində dəfn ediləcək.