19 Sentyabr 2024 20:18

Azərbaycan beynəlxalq hüquqa söykənən planlarını gerçəkləşdirir – Qondarma rejim ləğv edildi (VİDEOMÜSAHİBƏ)

Azadsöz.az xəbər verir ki,  xəbər verdiyimiz kimi, Azərbaycanın Qarabağ bölgəsindəki qondarma qurum özünü buraxdığını elan edib. Bunu separatçıların “rəhbəri” Samvel Şahramanyan bəyan edib. Qondarma rejimin qondarma “başçısı” Samvel Şahramanyanın “Sərəncamında” qeyd olunub ki, Rusiya sülhməramlı kontingentinin vasitəçiliyi ilə Azərbaycan Respublikasının nümayəndələri ilə əldə olunan razılaşmaya əsasən, Qarabağ sakinlərinin, o cümlədən tərksilah olan hərbi qulluqçuların əmlakları ilə öz nəqliyyat vasitələrində Laçın dəhlizindən sərbəst və maneəsiz şəkildə könüllü keçidi təmin olunur və “Dağlıq Qarabağ Konstitusiyası”nın 93-cü maddəsini rəhbər tutaraq aşağıdakılar qərara alınır:

1 yanvar 2024-cü il tarixindən “Artsax Respublikası”nın tabeçiliyində olan bütün dövlət müəssisələri və təşkilatları buraxılsın və “respublika” öz mövcudluğunu dayandırsın.

Qarabağ əhalisi, o cümlədən “respublika”dan kənarda olan sakinlər hazırki gələcəkdə Qarabağda yaşamaq (qayıtmaq) imkanları barədə sərbəst və fərdi qərar qəbul etmək məqsədilə “sərəncam” qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olsun.

Məsələni Trend-ə şərhd edən politoloq İlyas Hüseynov bildirilib ki, Azərbaycan beynəlxalq hüquqa söykənən planını gerçəkləşdirir.

“Azərbaycan uzun müddətdir ki, çağırışlar edir. Biz bildiririk ki, Azərbaycan regiondakı qanunsuz qrupların tərkisilah edilməsini tələb edirdi. Bu gün biz şahidi oluruq ki, mülki obyektlərdən silah anbarları kimi istifadə olunub.

Azərbaycan Qarabağ ermənilərinin zəruri həyatı ehtiyaclarının ödənilməsi üçün addımlar atır. Bölgəyə ərzaq, yanacaq və s. formalarda yardımlar edilir”, – deyə o, əlavə edib.

Genişvideomüsahibəni təqdim edirik:

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com