19 Sentyabr 2024 20:08

Şəhid Xəyyam Hüseynovun üçüncü ildönümü qeyd olundu-FOTOLAR

Azadsöz.az xəbər  verir  ki, torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Göyçay rayonunun Məlikkənd kənd sakini, Hüseynov Xəyyam Hüseyn oğlunun  üçüncü ildönümü məzarı önündə qeyd olundu.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, RİH başçısı aparatının məsul şəxsləri,  hüquq-mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, dindarlar, ağsaqqallar, kənd sakinləri  və şəhidin ailə üzvləri iştirak  ediblər.

Şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Tədbirdə  çıxış  edənlər  Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli  Azərbaycan Ordusu 44 günlük Vətən  müharibəsində 30  ilə  yaxın həsrət qaldığımız torpaqlarımızı işğaldan azad etdiyini, Azərbaycan  xalqı  tarixə şanlı hərflərlə Qələbə sözünü  yazdığını  qeyd  ediblər.Azərbaycan Ordusu Ermənistanın məğlubedilməzliyi barədə illərdir formalaşdırdığı mifi ilk gündən dağıdaraq, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdiyini diqqətə çatdırıblar. Bu gün azad olunmuş torpaqlarda aparılan abadlıq-quruculuq və yenidənqurma işləri bütün dünyaya dövlətimizin qüdrətinin, xalqımızın əyilməz iradəsinin olduğunu bildiriblər.

Daha  sonra məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndiriblər.

Sonra tədbir iştirakçıları şəhidin təhsil aldığı Məlikkənd kənd tam orta məktəbində adına verilmiş sinif otağına baxış keçiriblər.

Sonda  şəhidimizin  adına ehsan süfrəsi verilib.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Xatırladaq ki, Xəyyam Hüseynov 1996-cı il də Göyçay rayonunun  Məlikkənd kəndində  anadan  olub.2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində 21 sentyabr 2020-ci il tarixdə hərbi təlimlərə cəlb edilibdir.

28 sentyabr 2020-ci il tarixdə Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olubdur.Göyçayda  doğulduğu Məllikənd kəndində torpağa tapşırılıb.

Ölümündən sonra  Prezident İlham Əliyevin  sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Səbuhi Eltonlu

Gülşən Muradova

Zəka Nağıyev

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com