19 Sentyabr 2024 20:00

Şəhid Xəyyam Hüseynovun ailəsində xoş HADİSƏ

Azadsöz.az xəbər verir ki, torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Xəyyam Hüseyn oğlu Hüseynovun  ailəsində xoş hadisə baş verib. 

Şəhidimizin  bacısı  Hənifə Hüseynovanın oğul  övladı  dünyaya  gəlib.Körpəyə  şəhidimizin adı  verilib.


Qeyd  edək  ki, şəhid  Xəyyam Hüseynov 11 iyul 1996-cı il tarixdə Göyçay rayonunun Məlikkənd kəndində anadan olub. 21 sentyabr 2020-ci il tarixdə hərbi təlimlərə cəlb edilmiş, 28 sentyabr 2020-ci il tarixdə Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur.

Ölümündən sonra  Prezident İlham Əliyevin  sərəncamı ilə “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Səbuhi Eltonlu

Gülşən Muradova

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com