Azadsöz.az xəbər verir ki, tibb sahəsində əvəzsiz xidmətləri olan, ümidsiz insanlara ümid verib, şəfalı əlləri ilə yenidən həyata qaytaran Tibb elmləri namizədi, neyrocərrah Arif Kərimovun bu gün doğum günüdür.Həkimlik sənətini müəllim peşəsinə bənzətsək yanılmarıq.Müəlim tərbiyyə edir,nəsil yetişdirir. Həkim isə tərbiyyə olunmuş nəsilə sağlam həyat bəxş edir. A. Kərimovda gözəl və təvazökar insan kimi peşəsini sevərək ləyaqətlə, şərəflə xidmət etmişdir.
Arif Kərimov 26 sentyabr 1940 cı ildə Göyçay rayonunun Bığır kəndində müəlim ailəsində anadan olub.Üç bacının tək qardaşı olub.1947- ci ilin sentyabrında həmin kəndin orta məktəbində 1 ci sinfə gedib və 1957-ci ildə məktəbi bitirib.1958-ci ildə N.Nərimanov adına ATİ-nin Müalicə-profilaktika fakültəsinə daxil olub.1964-cü ildə müvəffəqiyyətlə bitirərək RF-nın Krasnoyarsk vilayətinə yollanıb, hərbi həkim kimi fəaliyyət göstərməyə başlayıb.
O, 1965-ci ildə Leninqradda A.Polenov adına Leninqrad Neyrocərrahiyyə İnstitutuna daxil olub. 1967-ci ildə həmin institutda dissertasiya müdafiə edərək Neyrocərrahiyyə ixtisası üzrə tibb elmləri namizədi alimlik dərəcəsi alıb.Ali təhsilini başa vurduqdan sonra bir müddət Leninqradda həkim işləyib, 1970-ci ildə Azərbaycana qayıdmışdır.M.Mirqasımov adına Respublika Mərkəzi Klinik xəstəxanasında Kəllə-beyin travması kafedrasında fəaliyyətə başlayıb.
Arif Kərimov tibbdə uğurlu xidmətləri bununla bitmir. 1972 ildə Neyrocərrahiyyə şöbəsi yaradılıb, Kərimov həmin şöbəyə müdir təyin edilib. 1983-cü ilə qədər həmin şöbənin müdiri vəzifəsində çalışıb. Azərbaycanın ilk 4 neyrocərrahından biri olub. 1984-1997-ci illərdə Bakı şəhər Təcili yardım xəstəxanasında çoxsaylı zədələr şöbəsinin müdiri vəzifəsində çalışıb.
Həkimlikdən əlavə Kərimov Tibb İnstitutunda beyin xəstəliklərinin xüsusiyyətlərini tələbələrə tədris edərək özündən sonra elmi məktəb yaratmışdır.Elmi məqalələri ilə səhiyyəmizin inkişafına xidmət edərək, dəfələrlə neyrocərrahların beynəlxalq simpoziumlarında, konqreslərdə iştirak etmişdir. Bu gün onun yaratdığı məktəbdə bu gündə gənc həkim nəsili alimimizin uğurlarından bəhrələnirlər.
Xoşbəxt ailə başçısı, iki oğul atası olan Kərimov özü uşaqlığdan təbiət vurğun ,ovçuluğa marağı olan bir insan idi. Vaxt tapan kimi təbiət qoynuna çıxsa da təbiətdə bir güllə atmağı xoşlamazdı.Həkim üçün ən böyük səadət xeyirxah olmasıdır. Bu xeyirxahlıq bütünlükə alimimizdə cəmlənmişdi.
Ailələrə sevinc bəxş edən Kərimovun özünün ömür sevinci bitir. 12 mart 1997- ci ildə Bakı şəhərində bütün varlığı ilə bağlı olduğu xəstəxanada qəfil insult keçirir,həmkarlarının bütün səylərinə baxmayaq vəfat edir.