Azadsöz.az xəbər verir ki, Şuşanın girişində işğalçılar tərəfindən quraşdırılan tank götürülüb.
Ermənistan tərəfindən Şuşanın işğalının xatirəsinə quraşdırılmış 442 nömrəli “T-72” tankı 31 ildən sonra Bakıya gətirilib.
8 may 1992-ci ildə Milli Qəhrəman Albert Aqarunov tərəfindən vurulan həmin tank Bakıda Qənimətlər parkına aparılıb və orada nümayiş olunacaq.