19 Sentyabr 2024 20:29

Bu gün şəhid Fərid Nadirovun mövlud günü qeyd edildi-FOTOLAR

Azadsöz.az  xəbər  verir  ki, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qanı ilə tarix  yazaraq  şəhidlik zirvəsinə ucalan  Fərid İlyas oğlu Nadirovun mövlud günü Göyçay  Şəhidlər  Xiyabanında  şəhidin məzarı  önündə qeyd olundu.

Tədbirdə  rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, şəhidimizin təhsil  aldığı  Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin  kollektivi, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayon şöbəsinin nümayəndələri, dindarlar, ağsaqqalar, şəhid  ailələri,   məktəblilər və rayon ictimaiyyətinin nümayəndələri və  şəhidin  ailə üzvləri iştirak ediblər.

Şəhidin məzarı üzərinə tər qərənfillər düzülüb, xatirəsi ehtiramla yad edilib.

Tədbirdə çıxış  edənlər  şəhidimizin ailəsinə dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət və səbr diləyiblər.Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti, şanlı ordumuzun rəşadəti, xalqımızın birliyi, həmrəyliyi, dəmir yumruq ətrafında birləşməsi sayəsində tarixi Qələbə qazandığımızı vurğulayıblar. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində Azərbaycan Ordusunun işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdığını,  xalqımızın  əzmkarlığını  diqqətə  çatdırıblar.

Məktəblilər şəhidlərə həsr olunan şeirlər səsləndiriblər.

Sonda  şəhidimizin  adına ehsan süfrəsi verilib.

Xatırladaq ki, şəhid Fərid Nadirov  21 sentyabr 2000-ci ildə Göyçay  rayonunun Üngütlü kəndində anadan olub.27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində Füzuli, Hadrut istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 13-də Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Göyçay Şəhidlər Xiyabanında dəfn olunub.

Prezident İlham  Əliyevin   sərəncamına  əsasən, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

Səbuhi  Eltonlu

Gülşən Muradova

 

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com