19 Sentyabr 2024 20:38

Paşinyan istefa verəcək? – Özü açıqlayıb

Azadsöz.az xəbər verir ki,  Ermənistan baş naziri Nikol Paşinyan istefa verməyəcəyini bildirib.
Bu barədə yerli “Hraparak“ nəşri yazıb.

Qeyd edilib ki, dünən İrəvanın Respublika meydanında toplaşan nümayişçilərin hökumət əleyhinə etiraz aksiyası fonunda Paşinyan ailə üzvlərini paytaxtdan çıxarıb və bunun ardınca bir qrup tərəfdarı ilə görüşüb.

Paşinyan komandasına açıq şəkildə bildirib ki, nəyin bahasına olursa-olsun hakimiyyətdə qalacaq və istefa verməyəcək.

Xatırladaq ki, İrəvanda hökumət binasının qarşısında etiraz aksiyası keçirilib. Hökumət evinin qarşısında çadır quran etirazçılar Paşinyan istefa verənə qədər orada qalacaqlarını deyiblər.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com