19 Sentyabr 2024 20:32

Göyçay sakini İsmayıllıda avtoqəzada öldü

Azadsöz.az xəbər verir ki, hadisə bu gün axşam saat 19:30 radələrində rayonun Hacıhətəmli kəndində qeydə alınıb. Göyçay rayon sakini, 1967-ci il təvəllüdlü Həşimov Sahib Salman oğlu idarə etdiyi 90-XS-492 dövlət nömrə nişanlı “Chevrolite” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib, maşın yoldan çıxaraq aşıb.

Hadisə zamanı sürücü dünyasını dəyişib.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com