19 Sentyabr 2024 21:01

Yol qəzasında həlak olan polis dəfn olunub

Azadsöz.az xəbər verir ki, Füzulidə yol qəzasında həlak olan polis serjantı Ələsgər Əsgərov Naxçıvan şəhəri Əliabad qəsəbəsindəki qəbiristanlıqda dəfn olunub.

Dəfn mərasimində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları, dövlət və hökumət, ictimaiyyət nümayəndələri iştirak edib.

Dəfn mərasimi fəxri qarovul və yaylım atəşi ilə müşayiət edilib. Azərbaycan bayrağı şəhidin atasına təqdim edilib.

Yol qəzasında həlak olan polis dəfn olunub - YENİLƏNİB

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com