Azadsöz.az xəbər verir ki, Ermənistanın bəzi sosial media hesablarında guya Xankəndi şəhərinin Silahlı Qüvvələrimiz tərəfindən “Qrad” yaylım atəşli reaktiv sistemindən atəşə tutulması barədə yayılan məlumatlar tamamilə yalandır.
Müdafiə Nazirliyi yayılan bu məlumatı qəti surətdə təkzib edir.